İspaniya La Liqasında mübarizə aparan “Valensiya” Simone Zazanı “Yuventus”dan satın alıb.
Korner.az-ın məlumatına görə, bu haqda “Valensiya” klubunun rəsmi saytı xəbər yayıb.
“Yarasalar” futbolçu ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq. Keçid üçün İspaniya təmsilçisi “Yuventus”a 16 milyon avro ödəyəcək.
Qeyd edək ki, qış transfer pəncərəsində “Valensiya” hücumçunu “Yuventus”dan icarə əsaında transfer etmişdi.
Xatırladaq ki, 25 yaşlı hücumçu “Valensiya” forması ilə 14 oyuna 4 qol vurub.
