“Yuventus”un futbolçusu koronavirusdan sağaldı
27.01.2021 , 21:58
“Yuventus”un müdafiəçisi Aleks Sandro koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçinin sonuncu koronavirus testi mənfi çıxıb.
Onun komanda ilə məşqlərə başlayacağı bildirilib.