“Yuventus”un futbolçusu koronavirusa yoluxdu
05.03.2021 , 18:48
“Yuventus”un bir futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankurun koronavirus testinin nəticəsi müsbət olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı futbolçunun karantinə alındığı bildirilib.