“Yuventus”un futbolçusu İngiltərə nəhənglərinin hədəfində
06.12.2023 , 13:55

“Yuventus”un futbolçusu Kənan Yıldız üçün İngiltərə klubları elçi düşüb.
Korner.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Arsenal” və “Liverpul”un maraqlandığı bildirilir.
Bu barədə İtaliya mətbuatında xəbər yer alıb. Xəbərdə, komandaların hələ də birbaşa “Yuventus”la əlaqə saxlamadığı vurğulanıb.
