“Yuventus”un futbolçusu “Çelsi”yə “yox” dedi
22.07.2024 , 16:12

“Yuventus”da çıxış edən Kenan Yıldız yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Çelsi” yaxından maraqlanır.
Bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Lakin İtaliya nəhəngi Kənanı göndərmək istəmir. Əksinə, “Yuventus” müqaviləsi 2027-ci ildə başa çatacaq gənc oyunçu ilə yeni sözləşmə imzalamaq fikrindədir.
Razılıq əldə olunacağı təqdirdə, Kenanın müqaviləsi 2029-cu ilə qədər uzadılacaq.
Ötən mövsüm “Yuventus”un heyətində 32 matçda forma geyinən Kenan Yıldız 4 dəfə qol sevinci yaşayıb.
Mina Musayeva
