Mövsümün sonunda “Yuventus”dan ayrılacağı dəqiqləşən Ştefan Lixtştayner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İsveçrəli futbolçu “Arsenal”la razılığa gəlib. Yaxın günlərdə 34 yaşlı müdafiəçinin London klubu ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Lixtştaynerin “Yuventus”la sözləşməsi gələn ayın 30-da başa çatacaq.
