“Yuventus”un futbolçusu 10 günlük sıradan çıxdı
04.03.2025 , 15:30

“Yuventus”un futbolçusu Fransisko Konseysao zədələnib.
Korner.az xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, sağ ayağının əzələsindən xəsarət alan 22 yaşlı portuqaliyalının təxminən 2 hətəyə yaxın sıradan çıxdığı diqqətə çatdırılıb.
O, bu mövsüm 29 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
