“Yuventus”un Dibala planı: Salah və ya Asensio…
11.02.2019 , 11:23

İtaliyanın “Yuventus” komandası futbolçusu Paulo Dibala ilə yollarını ayıra bilər. Bu barədə Don Balon nəşri məlumat yayıb.
Mənbədə deyilir ki, son günlər futbolçunun klubla münasibətləri elə də yaxşı deyil. Dibalanın komandadan getmək istəməsi haqda yayılan söz-söhbətlər “Yuventus”un onun mövqeyinə yeni oyunçular düşünməsinə gətirib çıxarıb. İddialara görə, əgər Dibala komandadan ayrılsa, “Yuventus” ilk növbədə “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etməyi düşünür.
Bu transferə onlar 200 milyon avro xərcləməyə hazırdı. Salah transferi baş tutmasa italyanlar “Real”ın futbolçusu Marko Asensionu heyətinə qatmağa çalışacaq.
