“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu
06.04.2021 , 18:05
“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Federiko Bernardeski də koronavirus aşkarlanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun karantinə alındığı qeyd olunub.
Qeyd edək ki, “Yuventus”da daha əvvəl Leonardo Bonuççi və Merih Demiral virusa yoluxmuşdu.