“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu
22.03.2020 , 10:51

“Yuventus”un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, 26 yaşlı hücumçu sosial şəbəkə hesabında testlərin nəticəsinin müsbət olduğunu paylaşıb: “Testlərin nəticəsi müsbət çıxdı. Xoşbəxtlikdən indi əlayıq. Hər birinizə dəstək üçün təşəkkür edirik!”
Daha əvvəl “Yuventus”da müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matyuidi koronavirusa yoluxmuşdu.
