İtaliyanın Milli İdman Arbitraj Məhkəməsi “Yuventus”un baş məşqçi Andre Kontenin 10 aylıq cəzasını 4 aya endirib.
Korner.az– ın məlumatına görə, Konte 2010/11 mövsümündə B seriyasında “Syena”da işləyəndə matçın danışılmış olmasını xəbər etməməkdə günahlandırılıb.
İtaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi buna görə onu avqustda 10 aylıq cəzalandırmışdı. Məhkəmə çalışdırıcının apelyasiyasını müsbət cavablayaraq, çalışdırıcının cəzasını yüngülləşdirib. Bununla da Konte dekabrın 9-da ölkə çempionatında “Palermo” ilə matçda ehtiyat oyunçular skamyasında ola biləcək.
