“Yuventus”un baş direktoru Beppe Marotta bütün təkliflərə baxmayaraq Pol Poqbanı satmaq niyyətində olmadıqlarını deyib.
Korner.az-ın məlumatın görə, baş direktor hətta Poqbaya görə 70-80 milyonluq təklifin olduğunu da gizlətməyib.
“Ona çoxlu təklif var. Hətta 70-80 milyon avro təklif edirlər. Ancaq biz Poqbanın qalmasını istəyirik. “Yuventus”u yüksək səviyyəli kluba çevirmək istəyiriksə, Pol kimi səviyyəli futbolçuları əldən buraxmamalıyıq”, – deyə Marotta bildirib.
