“Yuventus”un futbolçusu Andrea Melani karyerasını bitirib
Ürəyində problem aşkarlanan 19 yaşlı müdafiəçi bu addımı atmalı olub.
Melani İtaliya D Seriyasında çıxış edən “Messese” klubuna icarəyə verilərkən tibbi müayinədən keçib və məlum olub ki, ürəyindəki problemə görə futbol oynaya bilməz.
Qeyd edək ki, italiyalı futbolçu ötən mövsümü icarə əsasında “Karpi”də oynayıb.