“Yuventus”la razılığa gəldi
31.01.2025 , 15:24

“Lans”ın futbolçusu Kevin Danso “Yuventus”la razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə “La Gazetta della Sport” məlumat yayıb.
Xəbərdə, Turin təmsilçisinin Fransa klubu danışıqları davam etdirdiyi və yaxın zamanda tərəflər arasında imzaların atılacağı diqqətə çatdırılıb.
İtaliya nəhəngi 26 yaşlı müdafiəçi üçün icarə haqqı olaraq 2,5 milyon avro ödəyəcək.
Bu mövsüm “Lans”ın heyətində 14 matçda iştirak edən oyunçu aktivinə qol yazdıra bilməyib.
