İtaliyanın Nepol şəhərində bəzi “anti-yuventus”lu azarkeşlər öz komandalarının Çempionlar Liqasından kənarlaşmağına üzülsələr də, “Yuventus”un qrupda qalmağına çox seviniblər.
Korner.az-ın məlumatına görə, şəhərdəki bəzi sahibkarlar öz mağazalarının önünə “Qalatasaray” forması qoyaraq üzərinə “Grazie” (təşəkkürlər) yazısı yazıblar.
Digər tərəfdən “İnter” azarkeşləri sosial mediada köhnə futbolçuları Uesli Sneyderin foto-montajlı fotolarını paylaşaraq “Yuventus”a lağ ediblər.
