“Yuventus”dan yeni transfer – Rəsmi
19.07.2024 , 13:30

“Yuventus” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Verona”dan Xuan Kabalı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. İtaliya nəhəngi bu keçid üçün qarşı tərəfə 12,8 milyon avro ödəyib.
