“Trabzonspor” klubu “Yuventus”un ulduz futbolçusu Fabio Kvaryarellanı transfer etmək istəyir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun menecerləri ilkin təmaslar qurulub və hətta ilkin razılıq da əldə olunub.
Qara dəniz klubunun prezidenti Hacıosmanoğlu şəxən “Yuventus”lu idarəçilərlə görüşüb bu transferi bitirəcək.
Xatırladaq ki, Trabzon klubu bu il Maluda və Bosinqva kimi futbolçuları transfer edərək Avropada adından söz etdirmişdi.
