“Yuventus”dan “Roma”ya
30.07.2024 , 23:30

“Roma” əzəli rəqibi “Yuventus”dan əla transfer edib.
Korner.az xəbər verir ki, İtaliya klubu 21 yaşlı argentinalı sağ cinah oyunçusu Matias Souleni heyətinə qatıb.
“Roma” gənc futbolçu üçün “Yuventus”a 26 milyon avro ödəyəcək. Bundan əlavə, müqaviləyə 4 milyon avro bonus da daxildir.
Paytaxt təmsilçisi sonrakı satışdan “Yuventus”a 10 faizlik pay ödəyəcək.
