“Yuventus”dan “Qalatasaray”a keçir?
11.07.2024 , 14:00

“Qalatasaray” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Yuventus”la müqaviləsi başa çatan Adrien Rabionu heyətinə cəlb etməkdə israrlıdır.
Super Liqa klubu fransız ulduzun keçidi üçün cəhdlərini davam etdirəcək.
29 yaşlı futbolçu ötən mövsüm “Yuventus”un heyətində 35 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mina Musayeva
