“Yuventus”dan Poqba qərarı
07.10.2024 , 12:59

“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi onun müqaviləsini tezliklə ləğv edəcək.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Turin təmsilçisi bununla bağlı qısa zamanda futbolçu ilə danışıqlara başlamaq istəyir.
Fransalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
