“Yuventus”dan “Napoli”yə?
02.12.2024 , 10:57
“Napoli”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Yuventus”un müdafiəçisi Danilo ilə maraqlanır.
Neapollular 33 yaşlı futbolçunu cari mövsümün sonunda heyətinə cəlb etməyi düşünür.
Oyunçunun Turin klubundan ayrılacağı gözlənilir.