“Yuventus”dan “Fiorentina”ya
04.08.2018 , 17:40

“Yuventus” futbolçusu Marko Pyaçanı icarəyə verir.
Xorvatiyalı yarımmüdafiəçi gələn mövsüm “Fiorentina”da çıxış edəcək. Florensiya təmsilçisi bu keçid üçün Turin klubuna 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 14 oyuna çıxıb.
