“Yuventus”dan böyükhesablı qələbə
11.02.2019 , 10:24

İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir. Bu gün lider “Yuventus” səfərdə “Sassuolo” ilə qarşılaşıb. Görüş Turin klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.
“Sassuolo” – “Yuventus” – 0:3
Qollar: Xedira, 23, Ronaldo, 70, Əmrə Can, 86
Bu qələbə ilə xalını 63-ə çatdıran “Yuventus” liderliyini möhkəmləndirib. “Napoli” 52 xalla 2-ci, “İnter” 43 xalla 3-cüdür.
