“Yuventus”dan böyükhesablı qələbə
16.02.2019 , 10:43

İtaliya A seriyasında 24-cü tur başlayıb.
Lider “Yuventus” “Frosinone”ni qəbul edib. Matç Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Yuventus” – “Frosinone” – 3:0
Qollar: Dibala,6, Bonuççi, 17, Ronaldo,63
Bu qələbə ilə xalını 66-a yüksəldən Massimiliano Alleqrinin komandası ilk pillədəki yerini möhkəmlədib. “Napoli” 52 xalla 2-ci, “İnter” 43 xalla 3-cüdür.
