“Yuventus”dan ayrılır?
12.03.2025 , 20:30

“Yuventus”un hücumçusu Duşan Vlahoviç klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Serbiyalı futbolçunun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu iddia olunur.
“Qırmızı şeytanlar” Vlahoviçi yayda heyətinə qatmağa çalışacaq.
İtaliya nəhəngi 25 yaşlı forvard üçün 35 milyon funt-sterlinqlik məbləğ tələb edir.
Razılaşma olarsa, Turin klubu oyunçunun komandadan ayrılmasına əngəl olmayacaq.
