“Yuventus”dan ayrılır
07.01.2025 , 11:30
“Yuventus” hücumçusu Duşan Vlahoviçlə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Turin təmsilçisi serbiyalı forvardı satışa çıxarmaq istəyir.
“Yuventus” Vlahoviç üçün 65 milyon avro tələb edir. Hazırda 24 yaşlı futbolçunun xidmətində PSJ, “Mançester Yunayted” və “Arsenal” maraqlıdır.
Duşan Vlahoviç 2022-ci ildən “Yuventus”da forma geyinir.