“Yuventus”dan ayrılan futbolçu bu kluba keçir
30.07.2024 , 13:22

Adrien Rabyonun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
Ulduz oyunçu “Mançester Yunayted”lə razılığa gəlib.
Rabyo ona gələn digər təklifləri artıq dəyərləndirmir. O, “Liverpul”un təklifinə “yox” deyib.
Adrien Rabyo 2019-cu ilin yayından “Yuventus”da çıxış edirdi.
