“Yuventus”dan “Ayaks”a?
19.08.2024 , 22:04
“Yuventus”un futbolçusu Daniele Ruqani klubundan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasını bundan sonra Niderlandda davam etdirəcək.
Müdafiəçinin “Ayaks”la razılığa gəldiyi iddia olunur.
30 yaşlı oyunçu tibbi yoxlanışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Ruqani 2012-ci ildən Turin təmsilçisində forma geyinirdi.