“Yuventus”dan Alleqriyə yeni müqavilə
05.01.2019 , 09:12

“Yuventus” baş məşqçisi Massimiliano Alleqri ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Turin klubu 51 yaşlı mütəxəssisə şərtləri yaxşılaşdılırmış müqavilə təklif edəcək. Klub “Real” və “Mançester Yunayted”in maraqlandığı çalışdırıcını komandada saxlamaq üçün bu qərarı verib.
Qeyd edək ki, M.Alleqri 2014-cü ildən “Yuventus”da baş məşqçilik edir.
