“Yuventus”dan 74 milyon avroluq təklif
18.10.2018 , 17:33

İtaliyanın “Yuventus” klubu heyətini gücləndirmək məqsədilə növbəti transferə hazırlaşır. Turin təmsilçisi İngiltərə millisinin futbolçusu Markus Reşforda “elçi düşüb”.
“Ağ-qaralar” “Mançester Yunayted”in hücumçusunu bu qış heyətində görmək istəyir. İtaliyalılar 20 yaşlı forvard üçün 74 milyon avro ödəməyə hazırdı.
Klubunda oyun praktikası sarıdan korluq çəkən futbolçunun da keçidə isti yanaşması təbiidi. Mançester klubu isə təklifə cavab verməkdə tələsmir.
Qeyd edək ki, Reşford cari mövsümdə Premyer Liqada 5 oyunda 1 qol vurub.
