“Yuventus” heyətini gücləndirməkdə davam edir.
Turin klubu “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeskini transfer edib. “Qoxa sinyora” 23 yaşlı futbolçu üçün “bənövşəyilər”ə 40 milyon avro ödəyəcək.
Müqavilənin bəndində 5 milyon avro bonus da yer alıb. italiya yığmasının üzvünün illik maaşı 4 milyon avro olacaq.
