“Yuventus”da yeni yarımmüdafiəçi
06.10.2020 , 17:38

“Yuventus” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Kyezanı 2 illik icarəyə götürüb.
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yauıb. “Yuventus” icarə müqaviləsi başa çatdıqdan sonra 40 milyon avro ödəyərək onu birdəfəlik almaq hüququna da malikdir.
