“Yuventus”da yeni müqavilə – Rəsmi
02.03.2026 , 22:45
“Yuventus”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçisi Ueston Makkeninin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 27 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan kontraktın imzalandığı bildirilib.
Qeyd edək ki, bu mövsüm Makkenni bütün turnirlərdə 38 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.