“Yuventus”da yeni müqavilə
15.04.2022 , 20:01

“Yuventus” futbolçusu Xuan Kuadrado ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Kolumbiya millisinin üzvü 2023-cü ilin yayına qədər Turin təmsilçisinin formasını geyinəcək.
33 yaşlı cinah oyunçusu 2017-ci ildən “Yuventus”da çıxış edir.
