“Yuventus”da yeni müqavilə
30.12.2020 , 17:56

“Yuventus”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, İtaliya klubu titul sponsoru olan “Jeep” şirkətiylə müqavilənin müddətini artırıb.
Bu barədə turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər sözləşməni 2024-cü ilin yayına qədər artırıb.
Razılaşmaya əsasən, “Yuventus” illik 45 milyon avro və yeni titullara görə əlavə bonuslar qazanacaq.
Qeyd edək ki, “Yuventus” “Jeep”lə 2012-ci ildən əməkdaşlıq edir.
