“Yuventus”da yeni “10” nömrə
15.08.2024 , 16:25
“Yuventus”un gənc oyunçusu Kenan Yıldız yeni iddia ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu yeni mövsümdə Pol Poqbanın 10 nömrəli formasını götürəcək.
Ötən mövsüm “Yuventus”un heyətində 32 matçda meydana çıxan Kenan 4 dəfə qol sevinci yaşayıb.