İtaliya A seriyasında çempionluğu "Kalyari" səfərində qeyd edən "Yuventus"un "Hamburq"dan transfer etdiyi futbolçu Eljero Elia klubdan ayrılmağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, 25 yaşlı futbolçu Turin təmsilçisində əsas heyətə düşə bilmədiyindən komandadan gedəcəyini bildirib: "Mövsüm ərzində bütün qərarlara hörmətlə yanaşdım. Amma özümü göstərə bilmədim. "Yuventus"da xoşbəxt deyiləm və burdan gedəcəm".
