“Yuventus”da növbəti yoluxma
01.04.2021 , 20:45
“Yuventus”un futbolçusu Leonardo Bonuççi koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçunun COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Onun dərhal karantinə alındığı bildirilib.
Qeyd edək ki, bundan öncə “Yuventus”da türkiyəli futbolçu Merih Demiralda da koronavirus aşkarlanmışdı.
