“Yuventus”da Mottanı o əvəzlədi
23.03.2025 , 22:15

“Yuventus” yeni baş məşqçi təyinatını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Turin təmsilçisi Tiaqo Motta ilə yollarını ayırıb. Onun əvəzinə İqor Tudorla iyuna qədər + 1 il şərti ilə müqavilə imzalanıb. Xorvatiyalı mütəxəssisin qarşısına qoyulan əsas tələb “qoca sinyora”ya Çempionlar Liqasına vəsiqə qazandırmasıdır.
İqor Tudorun çalışdırdığı son klub “Latsio” olub. O, İtaliya komandasını ötən ilin martında tərk edib.
