“Yuventus” iki ciddi itki ilə üzləşib
Paulo Dibala və Kladio Markizio zədələnib. Əzəli problemi olan hər iki oyunçunun bərpa müddətinin 30-40 gün çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, Dibala və Markizio İtaliya çempionatının və Çempionlar Liqasının ən yaxın matçlarını buraxacaqlar.
Qeyd edək ki, Markizio bu mövsüm 7 görüşdə oynayıb. P.Dibala isə 19 oyunda 14 qol vurub.
