“Yuventus”un futbolçusu Stefano Sturaro zədələnib.
Korner.az-ın məlumatına görə, o, dünənki məşqdə ombasından zədə alıb. Buna baxmayaraq, 24 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə Kardiffə gedəcək.
Ancaq onun Çempionlar Liqasının finalında “Real”a qarşı matçda oynayacağı gözlənilmir.
“Yuventus” – “Real” görüşü sabah, Uelsin paytaxtı Kardiffdəki “Millenium” stadionunda keçiriləcək.
