“Yuventus” futbolçusu Sami Xediranın xidmətindən yararlana bilməyəcək.
Korner.az-ın məlumatına görə, futbolçu İtaliya A Seriyasını növbəti turu çərçivəsində keçiriləcək “Empoli”yə qarşı oyunda iştirak etməyəcək.
Buna səbəb Xediranın cəzalandırılması olub. Belə ki, Tunis əsilli alman futbolçu “Torino”ya qarşı keçirilən matçda (4:1) hakimi təhqir etdiyinə görə 2 oyunluq cəza alıb.
