“Yuventus”da ciddi itki: 3 ay oynamayacaq
05.12.2019 , 21:03
“Yuventus”un yarımmüdafiəçisi Sami Xedira bir müddət meydana çıxa bilməyəcək.
Korner.az xəbər verir ki, futbolçu sol dizindən əməliyyat olunub.
Onun 3 aya yaxın yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Futbolçu 2015-ci ildən “Yuventus”da forma geyinir. O, bu mövsüm A Seriyasında 12 oyuna çıxıb.