“Yuventus”da 4 illik müqavilə
12.02.2020 , 16:19

0
“Yuventus”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi qapıçısı Voyçex Şensnı ilə sözləşmənin müddətini uzadıb.
Polşalı qolkiper 2024-cü ilin yayına kimi “qoca sinyora”nın uğurları üçün çalışacaq.
Xatırladaq ki, əlcək sahibi 2017-ci ildən “Yuventus”da çıxış edir.
