“Yuventus”da 3 itki
26.12.2018 , 16:16

İtaliya A Seriyasının 18-ci turunda “Atalanta” ilə qarşılaşacaq “Yuventus” oyuna ciddi itkilərlə çıxacaq.
Yarımmüdafiəçi Xuan Kuadrado, müdafiəçilər Joau Kanselu və Andrea Bartsali zədə səbəbindən səfər oyununu buraxacaq.
Kriştiano Ronaldonun da matçda iştirakı sual altındadır. Məşqçilər korpusu portuqaliyalı hücumçuya istirahət vermək istəyir.
Qeyd edək ki, “Atalanta” – “Yuventus” matçı bu gün keçiriləcək.
