İtaliya çempionatında “Boloniya” ilə oynayacağı matç üçün səfərə gedən “Yuventus”un avtobusuna kustar üsulla hazırlanmış bomba ilə hücum edilib.
Korner.az-ın məlumatına görə, hücum Boloniya şəhərində baş tutub. Hücumu “Boloniya” azarkeşlərinin təşkil etdiyi bildirilir. Avtobusa atılan bombanın partlaması nəticəsində “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yüngül yaralanıb.
Həmçinin avtobusa da ciddi ziyan vurulduğu qeyd edilir.
