“Yuventus” Zaniolo üçün hərəkətə keçdi
16.06.2023 , 11:48
“Yuventus” Nikolo Zaniolo üçün yenidən hərəkətə keçib.
Korner.az xəbər verir ki, bir müddət öncə 25 milyon avro ilə “Qalatasaray”ın qapısını döyən İtaliya nəhəngi, bu dəfə də başqa təklif irəli sürüb.
Klub yarımmüdafiəçi Ueston Makkennini mübadilə və pul müqabilində “Qalatasaray”a təklif edib.
Zaniolonu istəyən “Yuventus”un Makkenni ilə birlikdə 15 milyon avro ödəyəcəyi təqdirdə futbolçunun “Qalatasaray”dan Turin şəhər klubuna göndərilə biləcəyi iddia edilib.