“Yuventus” yeni transferini rəsmiləşdirdi
01.07.2024 , 14:00

“Yuventus” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luisi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
