“Yuventus” yeni transferini icarəyə verdi
20.08.2019 , 17:51

İtaliyanın “Yuventus” klubu yeni transferi Luka Pelleqrinini icarəyə verib.
Korner.az xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını digər A Seriya təmsilçisi “Kalyari”də davam etdirəcək. Klub saytı sol cinah müdafiəçisini bir illik icarəyə götürdüyünü açıqlayıb.
“Yuventus” Pelleqrinini “Roma”dan 22 milyon avroya transfer etmişdi. İtaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanmışdı.
