“Yuventus” yeni baş məşqçisini rəsmən açıqladı
27.03.2025 , 21:36

“Yuventus”un yeni baş məşqçisi İqor Tudor ictimaiyyətə təqdim olunub.
Korner.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Turin klubunu yayda keçiriləcək klublararası dünya çempionatının sonuna kimi çalışdıracaq.
